Tərtər sakini güllələnərək öldürüldü - YENİLƏNİB+FOTO


Tərtər Rayon Prokurorluğu Tərtərdə güllələnmə ilə bağlı məlumat yayıb.


Bildirilib ki, bu gün saat 17 radələrində Tərtər rayonu Yuxarı Qapanlı kənd sakini 1986-cı il təvəllüdlü Murad Balacayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1995-ci il təvəllüdlü Ziyadxan Aslanovun aralarında yaranmış mübahisə zamanı Murad Balacayevə odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ziyadxan Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

Tərtər rayon sakini Balacayev Murad Yaqub oğlu güllələnib.


“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qapanlı kəndində baş verib. M.Balacayev 1995-ci il təvəllüdlü həmkəndlisi Ziyadxan adlı şəxs tərəfindən kənd ərazisində sahədə ov tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib.

Hazırda qətli törətməkdə şübhəli bilinən şəxs rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu