Birinci sinif şagirdi koronavirusdan ölməyib - TƏBİB


Xəbər verdiyimiz kimi, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib.


R.Quliyevin koronavirusa yoluxduğu barədə xəbər yayılıb. Təhsil aldığı məktəbin rəhbərliyi isə buna rəsmi münasibət bildirməyib. AFN xəbər verir ki, TƏBİB-dən Musavat.com-a şagirdin koronavirusdan vəfat etmədiyi bildirilib.
“K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan bildirilib ki, Renat Quliyev MisC xəstəliyindən vəfat edib. O, xəstəxanaya yüksək hərarətlə, halsızlıq və nəfəs çatışmazlığı ilə daxil olub”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu