MEDİA-nın Müşahidə Şurası üzvlərinin sayı azaldıldı - FƏRMAN


Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli fərmanında dəyişiklik edilib.


AFN xəbər verir ki, bununla bağlı dövlət başçısı fərman imzalayıb.

Hazırda Medianın İnkişafı Agentliyinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və 6 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.

Fərmanla həmin üzvlərin sayı 4-ə endirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu