Təyyar Eyvazov: "Uşaqlar arasında koronavirus epidemiya halı almayıb"
“Koronavirusun uşaqlar arasında epidemiya halını aldığını demək olmaz”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, məktəblərin açılması ilə bağlı uşaqlar arasında yoluxma arta bilər: “Yoluxma sayı, xüsusilə uşaqların koronavirusa yoluxması müəyyən problemlər yaşatsa da, uşaqlar böyüklərə nisbətən xəstəliyi yüngül keçirirlər”.