DİN jurnalistin bank dələduzları ilə bağlı yazdıqlarına münasibət bildirib
Daxili İşlər Nazirliyi (DİN) jurnalist Aygün Muradxanlının bank dələduzları ilə bağlı paylaşımına münasibət bildirib.
DİN-in KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, nazirlik jurnalistin paylaşımını nəzarətə götürüb.
"DİN jurnalistə təşəkkür edib, məsələ nəzarətə götürülərək araşdırılır", - o vurğulayıb.
Qeyd edək ki, jurnalist A.Muradxanlı sosial şəbəkələrdə paylaşım edərək ona bir nəfərin zəng etdiyini, bank köçürmələrinin dəqiqləşdirməsi üçün bank hesabı istədiyini deyib.