“İran Azərbaycanı hədəfə çevirə bilməz” - Ərdoğan sərt danışdı


“İran İsrail və Azərbaycan arasındakı münasibətlərə görə Azərbaycanı hədəfə çevirə bilməz”.


Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən geri qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Mənim şəxsən belə bir gözləntim yoxdur. Bu gün İrandakı azərbaycanlıların sayı göz önündədir. Bu, düşünməyə vadar edir. Elə də asan deyil. Atılan addım yanlışdır. Düşünürəm ki, İranın yeni rəhbərliyi də bu yanlışı davam etdirməz”, - deyə Ərdoğan qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu