“Azəriqaz” media üçün “Açıq qapı” layihəsinə start verib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu gündən etibarən “Açıq qapı” aksiyasına start verib.
Bu münasibətlə qurumun baş direktoru Ruslan Əliyev media nümayəndələri ilə görüş keçirib.
Görüşün məqsədi dövrü mətbuatla əlaqələrin daha açıq, şəffaf və operativ qurulması, yanlış məlumatların cəmiyyətə inteqrasiyasının qarşısının alınması, ictimai fikrin çaşdırılmasına imkan verilməməsi olub. .
Aksiya hər həftənin 5-ci günü saat 10:00-dan 12:00-a qədər baş tutacaq. “Açıq qapı”da iştirak etmək könüllüdür. Yəni, istənilən mətbuat nümayəndəsinə suallarına cavab almaq imkanı yaradılır. Bugünki görüş zamanı R.Əliyev media nümayəndələrini qaz təchizatı ilə bağlı maraqlandıran sualları cavablandırıb. Baş direktor bu cür aksiyaların mütamadi olaraq keçirilməsinin vacib olduğunu bildirib və media nümayəndələrini hər həftənin 5-ci günü “Açıq qapı” aksiyasında fəal iştirak etməyə çağırıb.
“Açıq qapı” aksiyası “Azəriqaz”ın inzibati binasında təşkil olunur.