Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra öldü


Lənkəran rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.


"Report” xəbər verir ki, hadisə rayonun Vilvan kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini Hüseyn Rəşad oğlu Kazımova müalicə məqsədilə iynə ("prob” - Red) vurulub.

Bir qədər sonra uşağın halı pisləşib və o şoka düşüb. Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılan azyaşlının həyatını

xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu