Gələn ilin müdafiə xərcləri açıqlandı


2022-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik məsələlərinə ayrılmış xərcin məbləği müəyyən olunub.


“Qafqazinfo” xəbər verir ki, bu sahələr üzrə 4.489.892.429.0 manat məbləğində vəsait ayrılması nəzərdə tutulub.

Bundan əlavə, təhsil sahəsinə 3 milyard 884 milyon 325 min 660 manat, fövqəladə halların nəticələrinin aradan qaldırılmasına 20 milyon manat, səhiyyə sahəsinə 1 milyard 788 milyon 619 min 634 manat, icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı üçün 1 milyard 125 milyon 674 min 629 manat, kənd təsərrüfatına 997 milyon manat, televiziya, radio, nəşriyyat sahəsinə 54 155 734,0 manat, beynəlxalq münasibətlər üçün 361,9 milyon manat vəsait ayrılması nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu