Əsgər Ağayevin şikayəti təmin edilmədi


Bakı Apellyasiya Məhkəməsində 17 yaşlı ictimai fəal Sənay Yağmuru (Qəhrəmanlı) zorlamaqda ittiham olunaraq həbs edilən xalası oğlu Əsgər Ağayevin şikayətinə baxılıb.


Hakimlər təqsirləndirilən şəxsin apellyasiya şikayətini təmin etməyib. Binəqədi rayon məhkəməsi tərəfindən onun barəsində verilmiş 4 aylıq həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.

Qeyd edək ki, Sənay Yağmur oktyabrın 12-də sosial şəbəkədə açıqlama yayaraq xalası oğlu Əsgər Ağayev tərəfindən içkisinə narkotik qatıldıqdan sonra zorlandığını bildirib. O əlavə edib ki, işi aparan Yasamal rayon prokuroru Elman Süleymanov qanunsuz olaraq cinayət işinə xitam verib.

Ə.Ağayev barəsində Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.(Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu