"Sevincimizi qardaş Azərbaycan ilə bölüşürük" - Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Respublika Günü münasibətilə təbrikinə görə azərbaycanlı həmkarı Ceyhun Bayramova minnətdarlığını bildirib.
Bu barədə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri özünün tviter səhifəsində paylaşım edib.
"Qardaşım Ceyhun Bayramov, səmimi təbrikinə görə təşəkkür edirəm. Sevincimizi qardaş Azərbaycan ilə bölüşürük. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, - paylaşımda deyilir.