Qazın və işığın yeni qiymətləri bu gündən qüvvəyə mindi


Tarif (qiymət) Şurasının təbii qaz və elektrik enerjisi ilə bağlı yeni qərarı bu gündən qüvvəyə minir.


Tarif (qiymət) Şurası üzvlərinin qərarı ilə tariflər aşağıdakı kimi təsdiq edilib:

Əhalinin illik qaz istehlakının 1200 m3-dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb.

Əhali kateqoriyası üzrə mövcud olan elektrik enerjisinin tarif differensasiyası (300 kVts-dək və 300 kVts-dan çox) dəyişdirilərək yeni differensasiya tətbiq edilib.

Əhali üzrə tariflər istehlakı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts – 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu