MN: "Türkiyə və Azərbaycan Ordusu qardaş briqadalar yaratmağı davam etdirəcək"


"Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusunun modernləşdirilməsi və təlim-tərbiyə fəaliyyəti, Ermənistan işğalından azad edilmiş rayonlarda mina (əldəqayırma partlayıcı quruğuların) axtarışı və məhv edilməsi istiqamətində dəstəyini davam etdirir".


Bunu Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr müşavirliyinin zabiti, mayor Pınar Kara noyabrın 1-də keçirdiyi mətbuat konfransında bildirib.

"Bu günədək 123 kvadrat kilometr ərazi qoşunlarımız və Azərbaycan tərəfindən təmizlənib. Bundan əlavə, mina və əldəqayırma partlayıcı qurğuların təmizlənməsi çərçivəsində 899 azərbaycanlı şəxsi heyətə təlim keçirilib. Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında birgə fəaliyyət, təlimlərin planlaşdırılması və keçirilməsi, idarəetmə və icra prinsipləri əsasında uyğunlaşdırılması məqsədilə həyata keçirilən “Qardaş Briqada” layihəsi davam edir. Silahlı Qüvvələrimizin ixtisaslı şəxsi heyəti və texnikası ilə hər cür tapşırıqları yerinə yetirmək üçün imkan və texnikaya malik olduğunu sübut edən birgə təlimlərimizi sürdürürük. Bu çərçivədə 2021-ci il oktyabrın 5-8-də Türkiyə və Azərbaycanın şəxsi heyətinin iştirakı ilə Naxçıvanda “Sarsılmaz Qardaşlıq-2021” təlimi keçirilib", - o deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu