Lavrovla Mirzoyan kommunikasiyaların açılmasından danışıblar
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı olub.
Bu barədə Rusiya XİN məlumat yayıb. Nazirlər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da və yanvarın 11-də imzalanmış üçtərəfli sazişlərin həyata keçirilməsini müzakirə ediblər.
“Nazirlər Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi əlaqələrin bərpası, regional əməkdaşlıq üçün əlverişli atmosferin yaradılması məsələləri barədə yekdil mövqedə olublar. Ermənistanla Azərbaycan arasında sərhəd insidentlərinin siyasi və diplomatik yolla həllinə yönəlmiş səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb”, - deyə Rusiya XİN-in məlumatında deyilir.