Hərbçimiz bədbəxt hadisə nəticəsində həlak oldu


Bu gün saat 17:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Əhmədov Tural Əkrəm oğlu AQS-17 silahından atəş açarkən bədbəxt hadisə nəticəsində qəlpə yarası alıb.


AFN-in xəbərinə görə, bu barədə Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.

Bildirilib ki, hərbi qulluqçunun təxliyyəsi üzrə dərhal tədbirlər görülsə də, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu