Ermənistanda polislə aksiya iştirakçıları arasında qarşıdurma oldu


İrəvanda etiraz aksiyası iştirakçıları ilə polis arasında qarşıdurma yaşanıb.


“Sputnik Ermənistan” xəbər verir ki, ölkənin Nazirlər Kabinetinin iclası zamanı bir neçə müxalif millət vəkili və onların tərəfdarları hökumətin binası qarşısında toplaşıblar.

Kütləni dağıtmağa çalışan polis əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.

Aksiya iştirakçıları bu zaman “Nikol – satqın!” şüarını səsləndiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu