Gömrükçülər avtomobildə gizlədilən 22 ədəd mobil telefon aşkarladı


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə öncədən əlbir olan bir qrup şəxs tərəfindən Amerika Birləşmiş Ştatlarından gətirilən xeyli miqdarda mobil telefonların gömrük nəzarətindən gizli keçiriləcəyi barədə məlumat daxil olub.


DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AFN-ə verilən məlumatda bildirilir ki, həmin məlumat əsasında Azərbaycan Respublikası vətəndaşı və onun Bakı Karqo Terminalının qarşısındakı avtodayanacaqda saxladığı “Mercedes E240” markalı avtomobili nəzarətə götürülüb.

Yoxlama zamanı avtomobildə gizlədilən 22 ədəd “iPhone 13 PRO” markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu