Azərbaycanda bu il aktiv vergi ödəyicilərinin sayı artıb


Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6,2 % artaraq bu il noyabrın 1-nə 654 465-ə çatıb.


Bu barədə iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 15,6% artaraq 33 700, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 7,9% artaraq 180 292 olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu