Ermənistanın yeni müdafiə naziri komandirini bıçaqlayıbmış


Xəbər verdiyimiz kimi, Ermənistanın Baş nazirinin müavini Suren Papikyan ölkənin müdafiə naziri təyin olunub.


“Qafqazinfo”nun məlumatına görə, Suren Papikyan şəxsi həyatı ilə bağlı bir müddət əvvəl medianın gündəminə düşüb.

Ötən il “Hraparak” qəzeti Suren Papikyan barədə erməni ictimaiyyətinə belə məlum olmayan faktların üstünü açıb. Qəzet yazır ki, Nikol Paşinyan hökumətinin fəal fiqurlarından biri olan Papikyan keçmişdə mühakimə olunduğunu, hətta həbs həyatı yaşadığını gizlədib.

Belə ki, Papikyan orduda xidmət etdiyi dövrdə öz komandirini bıçaqlayıb və bu səbəbdən də onun barəsində cinayət işi başlanılıb. 2006-cı il martın 27-də törətdiyi əmələ görə təqsirli bilinən Suren Papikyan 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını “Nubaraşen” koloniyasında çəkib. Buna baxmayaraq, Papikyan 2007-ci il fevralın 23-ü amnistiya ilə azadlığa buraxılıb.

Qeyd edək ki, S.Papikyan 1986-cı ilin aprelin 26-sı Ermənistanın Stepanavan şəhərində anadan olub və İrəvan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. O, Ermənistanda 2018-ci ildə hakimiyyət dəyişənə qədər İrəvan məktəblərinin birində tarix müəllimi işləyib.

Suren Papikyan cari ilin iyunun 20-si keçirilən növbədənkənar parlament seçkilərindən sonra, avqustun 2-si Baş nazirin müavini təyin olunub. O, daha əvvəlki hökumətdə isə ərazi idarəetmə və infrastruktur naziri vəzifəsində çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu