Azərbaycanda kənd təsərrüfatı məhsulları bahadır - Vahid Əhmədov
"Azərbaycanda kənd təsərrüfatı sahəsində bir çox problemlər mövcuddur".
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Vahid Əhmədiv bildirib.
"Ölkədə ərzaq təhlükəsizliyi hər zaman Prezident İlham Əliyevin diqqətində olub. Azərbaycan hökumətinin bütün iclaslarında tapşırılıb ki, ərzaq təhlükəsizliyi təmin edilsin.B u sahəyə gələn ilin dövlət büdcəsində 1 milyard manata yaxın vəsait ayrılıb. Biz kənardan çox sayda ərzaq məhsulları idxal edirik. Bu da qiymət artımında müəyyən paya səbəb olur", - deyə o, qeyd edib.
Deputat həmçinin bildirib ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətləri yüksəkdir: "İki məsələni həll etməliyik. Kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara aşağı faizlə kreditlər verməliyik, Rəqabət Məcəlləsini qəbul etməliyik. Baş Nazirin burada olmasını nəzərə alaraq xahiş edirəm ki, Rəqabət Məcəlləsinin Milli Məclisə göndərilməsini təmin etsin".