Ermənistan MN iki döyüş mövqeyinin itirildiyini etiraf etdi
Ermənistan Müdafiə Nazirliyi sərhəddəki vəziyyətlə bağlı məlumat açıqlayıb.
Ordu.az xəbər verir ki, nazirlik döyüşlər nəticəsində iki döyüş mövqeyinin itirildiyini təsdiq edib.
Bildirilir ki, ölü və yaralılar var, təfərrüatları dəqiqləşdirilir.
Qeyd edək ki, Ermənistan sərhəddə təxribat törədib. Müdafiə Nazirliyinin məlumatına görə, sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir. Düşmən ağır itki verib. Erməni hərbi qulluqçularının qorxu və təşviş içində mövqelərini tərk etməsi, şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir. Ermənistan silahlı qüvvələrinin sərhəd boyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır. Qarşı tərəfə məxsus döyüş texnikası sıradan çıxarılıb. Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir.