Nəyə görə Rusiya Ermənistan üçün Ermənistanın özünün etdiyindən daha çox etməlidir? - hərbi ekspert


“Rusiya heç kimə heç nə borclu deyil”.


Bunu Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti şərh edən rusiyalı hərbi ekspert Aleksandr Xramçixin deyib.

Ekspertin sözlərinə görə, Moskvada nə düşündüklərini demək çətindir.

“Lakin sözsüz ki, qeyd edə bilərəm ki, Rusiya hərbi münaqişəyə cəlb olunmaq istəmir. Nəyə görə Rusiya Ermənistan üçün Ermənistanın özünün etdiyindən daha çox etməlidir? Rusiya heç kimə heç nə borclu deyil. Heç kim heç kimi müdafiə etməyə hazırlaşmır, çünki bu, heç kimə lazım deyil. Bu, gələcəkdə də belə davam etsə, Azərbaycan sakit və dinc yolla istədiyi dəhlizə nail ola biləcək, eyni zamanda sərhədlərin demarkasiya və delimitasiya məsələlərini həll də edəcək”, - deyə ekspert qeyd edib.(haqqin.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu