Azərbaycanlı idmançı ukraynalı rəqibini nokauta saldı - FOTOLAR


Ukraynanın Kiyev şəhərində azərbaycanlı idmançı Xəzər Rüstəmovun rəqibi Bogdan Katkinlə qarşılaşması baş tutub.


AFN xəbər verir ki, B1 idman təşkilatının təşkil etdiyi qarşılaşmada 66 kilo çəki dərəcəsində olan Xəzər Rüstəmov rəqibi Ukrayna idmançısı Bogdan Katkini məğlub edib. İki raund davam edən döyüş zamanı ukraynalı idmançı Bogdan Katkin qarşılaşmadan nokautla ayrılıb.
Qeyd edək ki, bu qarşılaşma Ruslan Əfəndiyevin yetirməsi olan Xəzər Rüstəmovun B1 təşkilatında artıq ikinci döyüşüdür. Onun üçüncü döyüşünün isə gələn ilin fevral yında olması gözlənilir.
Məlumat üçün onu da bildirək ki, Xəzər Rüstəmov indiyə qədər keçirdiyi döyüşlərin altısından qalib, sadəcə ikisindən isə məğlub ayrılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu