Dələduzluq edən “polis”ə hökm oxundu


Özünü hüquq-mühafizə orqanı əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Pərviz Bəbirovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Bəbirov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Şirvan şəhər sakini Bəbirov Pərviz Əli oğlu hüquq-mühafizə orqanının geyim forması və hazırladığı saxta xidməti vəsiqədən istifadə etməklə ayrı-ayrı şəxsləri özünün dövlət orqanlarında yüksək vəzifə tutan şəxslərlə əlaqələrinin olmasına inandırıb. Vəzifəli şəxslərə rüşvət qismində verəcəyi adı ilə vətəndaşlardan torpaq sahəsinə çıxarış alınması, hüquq-mühafizə orqanına işə bərpa olunması üçün müxtəlif məbləğlərdə pul alıb.

P.Bəbirov Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 178.3.2-ci (dələduzluq – külli miqdarda törədilməklə) maddəsi ilə ittiham olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu