Ankarada “Rəsulzadə” liseyinin binası niyə sökülüb?
Türkiyənin paytaxtı Ankarada yerləşən Məhəmməd Əmin Rəsulzadə adına liseyin sökülməsi barədə xəbər yayılıb.
Bu haqda məlumatı öz "Facebook" səhifəsində jurnalist Dilqəm Əhməd paylaşıb.
Jurnalist paylaşımında qeyd edib ki, bu barədə Ankarada yaşayan vətəndaşımız ona müraciət edib.
Dilqəm Əhməd bildirib ki, məsələni Azərbaycanın Türkiyədəki səfirliyi araşdırıb. Səfirlikdən verilən məlumata görə, bina zəlzələ vaxtı təhlükəli olduğu üçün sökülür və yerində yeni bina tikiləcək. Yenə həmin təhsil ocağı öz əvvəlki adını qoruyacaq.