Minaya düşən hərbçinin ayağı amputasiya olundu


Dünən Füzulidə minaya düşən hərbçilərdən birinin ayağı amputasiya olunub.


Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu olan 2002-ci il təvəllüdlü Murad Məmmədzadə sol ayağı topuqdan aşağı amputasiya olunub. Onun Lənkəranın Liman şəhər sakini olduğu bildirilir.

Digər yaralı hərbçi, İmişli rayonu Cəfərli kənd sakini, 2001-ci il təvəllüdlü Məmmədzadə Sarib İdris oğlu sağ ayağına cərrahi müdaxilə edilərək əməliyyat olunub. Onun ayağı amputasiya olunmadan xilas edilib.

DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev "Qafqazinfo"ya məlumatı təsdiqləyib.

Qeyd edək ki, hər iki hərbçi dünən Füzuli rayonunun Şükürbəyli kəndinə xidmətdə olarkən piyada əleyhinə minaya düşüblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu