Yaponiya "Omikron" ştamı ilə əlaqədar yeni vizaların verilməsini dayandırır
![](/uploads/posts/2021-11/1638171523_d2f60b1f-3643-36ac-9b20-34bae9825d92_850.jpg)
Yaponiya əcnəbi biznesmen və tələbələrin ölkəyə girişi üçün 1 aydan daha az müddətə davam edən yumşalmanı noyabrın 30-da ləğv edəcək və bütün ölkələrin vətəndaşlarına yeni vizaların verilməsini dayandıracaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Fumio Kisida jurnalistlərə deyib.
O bildirib ki, müvəqqəti məhdudiyyətlər yeni "Omikron" ştamı ilə bağlı vəziyyət aydınlaşanadək qüvvədə olacaq.
Xatırladaq ki, ölkəyə gələn şəxslərlə bağlı məhdudiyyətlər noyabrın 8-də yumşaldılmışdı.