"Lor Hospital"dan şəhid ailəsinə hörmətsizlik - Pulumu alıb çıxdım


Vətən müharibəsinin şəhidi Cabbarzadə Məmmədiyənin ailəsi “Lor Hospital”dan şikayətçidir.


Bu barədə şəhidin ailəsinə yaxın olan Türkan İsgəndərzadə yazıb. Onun sözlərinə görə, şəhid xanımı bildirib ki, oğlunu həmin xəstəxanaya aparıb: "Pis xəstələnmişdi. Qeydiyyat şöbəsində 35 manat ödəniş etdim, 7 manat şəhid övladı olduğu üçün güzəşt edildi. Şəhidin 7 manat hörməti var imiş. Sözüm onda yox, yaxşı həkimləri olduğu üçün aparmışdım. Övladım serebral iflicdir, növbəmi düz 1 saata yaxın gözlədim. Kimin tanışı var idi gəlib növbəsiz keçirdi içəri. Amma şəhid ailələrinə növbədənkənar olduğu halda, xəstə uşaqla oturdum”.

Şəhid xanımı deyib ki, oğlu çox narahat idi: “Elə ağlayırdı. Qeydiyyatı yazan qızdan xahiş elədim ki, 1 saat olacaq burdayam, uşaq narahatdır. Qız qayıtdı ki, hər kəsin uşağı özünə əzizdir. Onlar da uşaqdı, səninki də… Düz deyirsiz, onlar da uşaqdı. Amma atalari yanında idi, mənim kimi tək, ağır serebral iflic uşağı bütün gün qucaqlarında gəzdirmirdilər. Orada sözümü deyəndən sonra gəlin keçin dedilər. Amma niyə sözümü deyəndən sonra? Ödənişi geri alıb çıxdım. Budurmu şəhid ailəsinə qoyduğunuz hörmət? Baş həkim gəlsin dedim. Baş həkim yoxdur burda dedilər”.(tia.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu