Bakı-Naxçıvan marşrutu üzrə iki aviareys gecikir


Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman səbəbindən Bakıdan Naxçıvana iki reys gecikir.


Bu barədə Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidməti məlumat yayıb.

“J2-251” və “J2-253” reyslərinin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.

Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu