BMT rəsmisi Azərbaycana başsağlığı verib
![](/uploads/posts/2021-11/1638297889_216bb29b-6f3a-3c86-9080-a666a84e65ca_850.jpg)
“Xızıda faciəvi helikopter qəzası xəbəri kədərləndirdi”.
Bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva özünün tviterdəki hesabında yazıb.
“Yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir. Xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, - BMT rəsmisi əlavə edib.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.