Sabah Mövlud Çavuşoğlu ilə Sergey Lavrov görüşəcək
![](/uploads/posts/2021-12/1638445940_8fffd31c-bfa7-3dbe-bd6a-7e423de9458b_850.jpg)
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 3-də rusiyalı həmkarı Sergey Lavrovla İsveçin paytaxtı Stokholmda görüşəcək.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Mövlud Çavuşoğlu müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, dekabrın 2-si və 3-də Ukraynanın xarici işlər naziri Dmirto Kuleba, dekabrın 3-də isə Sergey Lavrovla görüşəcək.
M.Çavuşoğlu hər iki tərəflə təmas saxladıqlarını söyləyərək onlara gərginliyi azaltmağı tövsiyə etdiklərini vurğulayıb.
Qeyd edək ki, dekabrın 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezdenti Vladimir Putin arasında telefon danışığı da olacaq.