Milli Məclis gələn ilin büdcəsini sonuncu oxunuşda müzakirə edir


Milli Məclisin plenar iclasında "2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi III oxunuşda müzakirə olunur.


Gələn ilin büdcəsinin göstəricilərini parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.

Toplantıda hökumət üzvləri iştirak edirlər.

Xatırladaq ki, gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 26 816 milyon manat, xərclərinin isə 29 879 milyon manat olacağı gözlənilir. Bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 4,7% çoxdur. Son nəticədə büdcədə 3 063 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 1,7% azalma deməkdir.
Büdcə gəlirlərinin 25 874,5 milyon manatı mərkəzləşdirilmiş, 941,5 milyon manatı isə yerli gəlirləri, büdcə xərclərinin isə 28 900 milyon manatı mərkəzləşdirilmiş, 979 milyon manatı isə yerli xərclərdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu