Müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajı azaldılır


“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilir.


"Report"un xəbərinə görə, dəyişikliklə müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur.

Belə ki, qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq.

Bu ödəniş əvvəlki redaksiyada 35 ay sığorta stajına görə verilirdi.

Layihə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.

Xatırladaq ki, dəyişiklik layihəsi “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycanın 2020-ci il 29 dekabr tarixli 235-VIQ nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1233 nömrəli Fərmanının icrası çərçivəsində hazırlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu