İndiyədək "YAŞAT" Fonduna 65 milyon manat ianə olunub - HESABAT


"Bu günə qədər 40 şəhidin ailə üzvü, 15 qazi "ASAN Xidmət"də işlə təmin olunub".


Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("Asan Xidmət") sədri Ülvi Mehdiyev "YAŞAT" Fondunun bir illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

Ü.Mehdiyev qeyd edib ki, 4 700 nəfərdən çox şəhid və qazinin ailə üzvləri "Asan Xidmət"də növbədənkənar, imtiyazlarla xidmətlərdən yararlanıb: "İndiyədək 65 milyon manat Fonda ianə olunub ki, onun da 50 milyon manatı müxtəlif istiqamətlər üzrə xərclənib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu