Ərdoğanla Rəisi telefonla danışdı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran dövlət başçısı İbrahim Rəisi ilə telefonla danışıb.


Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

“Terrorla mübarizənin əsas yolu ölkələrin suverenliyinə hörmət etməkdir. İranın terrorla mübarizədəki parlaq tarixini göz pnünə alaraq, bu mövzuda bütün ölkələrin əməkdaşlığını məmnuniyyətlə qarşılayırıq”, - Rəisi bildirib.

Rəisi Tehran və Ankaranın iqtisadi və kommersiya sahələrindəki əməkdaşlığının vacibliyini vurğulayıb:

“Yaxında Tehranda birgə Zirvə görüşünün keçirilməsi ilə əməkdaşlığın inkişaf etdirilməsi yeni mərhələyə qədəm qoyacaq.

Bölgədəki problemlərin region ölkələrinin aktiv iştirakı ilə həll edilməsinin vacibliyinə inanırıq. Regiona qarşı xarici müdaxilələrə ehtiyac yoxdur”.

Ərdoğan da iki ölkə arasındakı xüsusən iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın vacibliyinə diqqət çəkib:

“Bölgə ölkələri arasında əməkdaşlıq fikri artıq hakimdir və son zamanlar qarşılıqlı səfər və fikir mübadilələri bu fikrin uöurlu olduğunu göstərir. Tehran və Ankara arasında əməkdaşlıq iclasları keçirilməlidir. İki ölkə arasındakı əlaqələrdə Tehrana səfərimdən sonra yeni bir səhifə açılacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu