Qazaxda oğul anasını avtomobillə vuraraq öldürüb


Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


"Report"un məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Belə ki, Qazax sakini Eldar İsgəndərov idarə etdiyi "Opel" markalı avtomobillə anası, 1958-ci il təvəllüdlü Nərminə İsgəndərovanı vurub. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu