Media sahəsində dövlətin əsas vəzifələri müəyyənləşib
Media sahəsində dövlətin əsas vəzifələri müəyyənləşib.
Bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.
Media sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:
1. media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığını təmin etmək;
2. Azərbaycan Respublikasında hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq;
3. istifadəçiləri, xüsusilə də uşaqları zərərli informasiyanın təsirlərindən qorumaq;
4. medianın inkişafını təşviq etmək və stimullaşdırıcı tədbirlər həyata keçirmək;
5. media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq;
6. media sahəsində rəqabət mühitini təmin etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyəti üçün bərabər imkanlar yaratmaq;
7. Azərbaycanın media məkanının təhlükəsizliyini təmin etmək;
8. ictimai yayımın təmin olunması üçün şərait yaratmaq.(Report)