Daha bir “Azərişıq” əməkdaşı hücuma məruz qaldı
Dünən Azərbaycanda “Azərişıq” əməkdaşları ilə bağlı kriminal hadisələrdən biri də Biləsuvarda baş verib.
Daxili İşlər Nazirliyindən AFN-ə verilən məlumata görə, rayon elektrik şəbəkəsinin işçisi sayğaca baxmaq istəyərkən hücuma məruz qalıb.
Belə ki, Biləsuvarın Yuxarı Cürəli kəndi ərazisində rayon sakini M.Abbasovun qol nahiyəsinə kəsici alətlə xəsarət yetirilib.
Rayon elektrik şəbəkəsinin işçisi olan M.Abbasovun kənd sakini Ə.Rufullayevin elektrik sayğacına baxış keçirmək istəyərkən onun xuliqanlıq zəminində M.Abbasova xəsarət yetirməsi müəyyənləşib.
Ə.Rufullayev görülən tədbirlərlə saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.