Allahverdi Mirzəyevi qətlə yetirən şəxs tutuldu


Bakıda dünən axşam saatlarında evinin qarşısında güllələnən Allahverdi Mirzəyevi qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.


DİN Mətbuat xidmətindən bildirilib ki, dekabrın 10-u saat 21 radələrində əvvəllər məhkum olunmuş Allahverdi Mirzəyevin odlu silahla qətlə yetirilmiş meyiti yaşadığı evin həyətində tapılıb.

Suraxanı RPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində A.Mirzəyevi qətlə yetirməkdə şübhəli bilinən qaynı Taryel Qurbanov olması müəyyən edilib və o, isti izlərlə tutularaq istintaqa təhvil verilib. Qətlin ailə münaqişəsi zəmnində baş verdiyi qeyd olunur.

A.Mirzəyevin əvvəllər Cinayət Məcəlləsinin 211-ci (xuliqanlıq) maddəsi ilə məhkum olunduğu bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu