Bakı Ali Neft Məktəbinin müəllimi koronavirusdan vəfat etdi

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının baş müəllimi Elxan Əhmədov koronavirusdan vəfat edib.
Bu barədə BANM-in rektoru Elmar Qasımov öz sosial şəbəkə hesabında məlumat yayıb. "BANM ailəsinə ağır itki üzv verib. Sevimli müəllimimiz, gözəl insan, Neft-qaz mühəndisliyi kafedrasının baş müəllimi Elxan müəllim Əhmədovu 56 yaşında bəşəriyyətin bəlası olan koronadan itirdik".