Polisi vurub qaçan şəxs həbs edildi - VİDEO


Göygöldə polisi maşınla vurub qaçan şəxs saxlanılıb.


"Qafqazinfo" xəbər verir ki, bu, Hüseynov Rauf Bəkir oğludur.

Belə ki, yol polisi sürücü Hüseynov Raufa "saxla" əmri verib. Lakin sürücü əmrə tabe olmayıb, polis əməkdaşını idarə etdiyi avtomobil ilə vuraraq hadisə yerindən qaçıb.

İnsidentdən dərhal sonra əməliyyat-axtarış tədbirlərinə başlanılıb və sürücünün şəxsiyyəti müəyyən edilib.

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə sürücü barəsində həbs qətimkan tədbiri seçilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu