Paşinyan Brüsselə yola düşüb
Ermənistanın Baş naziri Nikol Paşinyan Belçikanın paytaxtı Brüsselə yola düşüb.
Bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
İkigünlük işgüzar səfər çərçivəsində hökumət başçısı VI Şərq Tərəfdaşlığı sammitində iştirak edəcək.
Tədbir çərçivəsində Baş nazirin avropalı həmkarları və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə ikitərəfli görüşləri, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüş nəzərdə tutulub.