Gürcüstanda da “Omicron”a yoluxma aşkarlandı
Gürcüstanda koronavirusun yeni “Omicron” ştamına 2 yoluxma halı qeydə alınıb.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, yeni ştama yoluxanlar bu yaxınlarda ABŞ və Dubaydan ölkəyə qayıdan iki Gürcüstan vətəndaşıdır.
Hər iki şəxs karantinə alınıb.
Hazırda həmin şəxslərin ünsiyyətdə olduğu 26 nəfərlə bağlı araşdırma aparılır.
Qeyd edək ki, İranda da koronavirusun “Omicron” ştamına bir yoluxma halı qeydə alınıb.