Silahla foto paylaşan nazirlik əməkdaşları barədə rəsmi açıqlama


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin avtomat silahla fotosu yayılıb.


Nazirliyin Meşələrin İnkişafı Xidmətinin Masallı Regional meşə təsərrüfatı müəssisənin direktoru direktoru Adəm İsmiyev və müavini Sakit Şahmarovun sözügedən şəklini Adəm İsmiyev Votsap hesabında paylaşıb.

Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova saytımıza açıqlamasında bu addımı məsuliyyətsizlik kimi dəyərləndirib: “Çox məsuliyyətsiz davranışdır. Məsələ ilə bağlı həmin şəxslərin izahatları alınır, araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsinə uyğun olaraq fakta qiymət veriləcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu