2022-ci il üçün yaşayış minimumu təsdiqləndi
![](/uploads/posts/2021-12/1640270944_422268526_0_0_2000_1125_1920x0_80_0_0_2a6f7fb5999bdfde24201657e908ad5d.jpg)
Prezident İlham Əliyev Azərbaycanda 2022-ci il üçün yaşayış minimumu haqqında Qanunu təsdiqləyib.
Sənədə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.
Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.