116 minə yaxın aksiz markasız siqaretin satışının qarşısı alınıb


Azərbaycan gömrükçüləri qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilən külli miqdarda aksiz markasız tütün məhsullarının realizə edilməsinin qarşısını alıblar.


AFN-ə bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilir ki, komitənin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə naməlum şəxslərin həmin məhsulları Bakının Yasamal rayonunda yerləşən köşkdə saxlaması və ayrı-ayrı şəxslərə satması arədə məlumat daxil olub. Dərhal yaradılmış əməliyyat qrupu tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib, belə predmetlərin satılması və satış məqsədi ilə saxlanılması müəyyən edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qərarı əsasında ərazidə yerləşən köşkə baxış keçirilib, ümumilikdə 43 adda 115 720 ədəd aksiz markasız siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu