Kəmaləddin Heydərov vəzifədən gedir - sabah açıqlanacaq


Daha bir idman federasiyasında Hesabat-Seçki Konfransı keçiriləcək.


AFN oxu.az-a istinadən xəbər verir ki, sabah Azərbaycan Taekvondo Federasiyasında yeni prezident seçiləcək.

Ənənəvi olaraq tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının hazırkı prezidenti fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. O, 1999-cu ildən bu federasiyanın prezidentidir. Ümumdünya Taekvondo Federasiyasının da vitse-prezidenti olan nazir həm də Boks Federasiyasının prezidenti olduğundan, o bu vəzifəsini təhvil verəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu