Hesablama Palatasında kollegiya iclası keçirilib


Bu gün Hesablama Palatasında, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə kollegiya iclası keçirilib.


Bu barədə Palatadan məlumat verilib.

Məlumata görə, iclas Milli Məclisinin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafanın iştirakı ilə baş tutub. İclasda 2021-ci ilin İş Planında nəzərdə tutulmuş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın icrası üzrə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyəti üzrə” nəzarət tədbirinin nəticələrinə dair auditor hesabatı müzakirə olunaraq müvafiq qərar qəbul edilib, eləcə də, Hesablama Palatasının funksional fəaliyyəti ilə bağlı cari məsələlərə baxılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu