Cavid Qurbanov yesin, jurnalistlər ac qalsın? - baş redaktordan ETİRAZ


Topaz bazarda hegemonluq edir.


AFN xəbər verir ki, bunu tanınmış jurnalist, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı deyib. O, bildirib ki, "xbet", "mostbet" kimi mərc oyunları saytlara reklam verirdi, bu da saytların büdcəsinə müəyyən qədər müsbət təsir göstərirdi: "Amma Topaz və onun başında duranlar hətta Milli Məclisə də soxulub qanun qəbul etdirdilər ki, xarici mərc oyunları Azərbaycanda qadağan olunsun, saytlardakı reklam yığışdırılsın. Nə özləri reklam verir, nə də verənləri işləməyə qoyur. Ancaq və ancaq bəzi məmurlar dolanmalıdır, qalanları acından ölsün?! Saytlar buna etiraz etməlidir. Cavid Qurbanov yesin, jurnalistlər ac qalsın, hə?" E.Muradlı əslində mərc-qumar oyunlarını dəstəkləmədiyini bildirib. Eyni zamanda qeyd edib ki, əgər Topaz-ın fəaliyyətinə icazə verilirsə, digərlərinə də verilməlidir. Jurnalistin fikrincə, qadağa hamısına tətbiq olunmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu