Gələn həftə şagirdlərin yerdəyişməsi dayandırılacaq
Yanvarın 12-də saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlı müvəqqəti olaraq dayandırılacaq.
Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib.
O qeyd edib ki, portalın fevral ayının II yarısında aktiv edilməsi planlaşdırılır: "Eyni zamanda buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək".